Bizim seçimManşetSiyasət

ADP Xəzərin statusu haqqında imzalanan Konvensiyanı tənqid etdi

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

ADP İdarə Heyəti ilk öncə ötən gün Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın işitrakı ilə Xəzər dənizinin statusu haqqında imzalanan Konvensiyanı müzakirə edib. İdarə Heyəti hesab edib ki, imzalanmış Konvensiya bir çox şərtlərinə görə Azərbaycan dövlətinin maraqlarına ziddir. Belə ki, Konvensiyada Xəzərin nə dəniz, nə də göl kimi təsbit edilməməsi, gələcəkdə bu Konvensiyanı imzalayan tərəflər arasında yarana biləcək hər hansı bir problemin beynəlxalq hüquqla tənzimlənmə imkanlarının olmadığının göstəricisidir. Bu Konvensiyanın tələblərinə görə Xəzərdə hər hansı bir üçüncü dövlətin hərbi qüvvə saxlamasının qadağan edilməsi, Azərbaycanın və Azərbaycanla birlikdə Xəzərdə iş görən xarici dövlətlərin mülkiyyətininin təhdid altına düşməsi və müdafiədən məhrum edilməsidir, Xəzərin millitarizasiyalaşmasında Rusiyanın üstün mövqeyə sahib olması isə Azərbaycan və digər hövzə dövlətləri üçün təhlükədir.

İdarə Heyəti ABŞ-ın Türkiyə ilə münasibətləri nizama salınması üçün Türkiyəyə qarşı irəli sürdüyü 8 şərti müzakirə edib. İdarə Heyəti hesab edib ki, irəli sürülən tələblər, o cümlədən son zamanlar ABŞ-ın Türkiyənin düşmənləri ilə bir sırada yer alması Amerikanın etibarlı müttəfiq olmadığını bir daha sübut edir. İdarə Heyəti bildirib ki, irəli sürülən tələblərin heç biri qardaş Türkiyə tərəfindən qəbuledilməzdir və bu tələblər dünyadakı bütün türklərin hissiyatına toxunmaqdır. İdarə Heyəti ABŞ-ı Türkiyə ilə strateji müttəfiqlik prinsiplərinə sadiq qalmağa və Türkiyə ilə münasibətdə öz siyasətinə yenidən baxmağa çağırıb. İdarə Heyəti eyni zamanda bildirib ki, indiki zamanda dünya ictimaiyyəti də ABŞ-ın müstəqil dövlətlərin suveren hüquqlarının pozulmasına yönələn siyasətinə etiraz etməlidir. ADP İdarə Heyəti Azərbaycan hökumətini bu çətin vaxtlarda qardaş Türkiyənin yanında olmağa, ona hər cür siyasi, diplomatik, iqtisadi və mənəvi dəstək verməyə, eyni zamanda bütün türkdilli dövlətləri də Türkiyənin haqlı mövqeyini müdafiə etməyə çağırıb.

İdarə Heyəti son zamanlar ölkədə açıq və gizli qiymət artımından dolayı cəmiyyətdə yaşanan narahatçılıqlarla bağlı müzakirələr apararaq, ölkədə yaşanan ağır sosial-iqtisadi vəziyyət fonunda heç bir iqtisadi əsası olmayan qiymət artımlarını kəskin tənqid edib, bu cür qiymət artımlarının əhalinin var-yoxdan çıxmasına xidmət etdiyini bildirib.

Bənzər yazılar

Back to top button