Hadisə

Sumqayıtda qəza: İki nəfər öldü

Sumqayıt şəhərində “DAF” və “КamAZ” markalı iki yük avtomobili toqquşub.

AzToday.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bənzər yazılar

Back to top button