Dünya

Ermənistanda nazir müavini istefa verdi – səbəbi bəlli deyil?

Acığa düşən baş nazir Paşinyan tələm-tələsik nazir müavini postuna Tatevik Stepanyanı təyin edib

AzToday.az “Aysor.am” saytına istinadən xəbər verir ki, Ermənistanın Əmək və Sosial İşlər Nazirinin Birinci müavini Hemafin Qasparyan vəzifəsindən istefa verib. Bunu o özünün “Facebook” səhifəsində elan edib: “Mən öz istəyimlə əmək və sosial məsələlər nazirinin birinci müavini vəzifəsini tərk edirəm. Hesabat verməyəcəyəm: komandamızın işi nazirliyin 2019-cu il üçün hesabatlarında öz əksini tapıb və 2020, 2021 və 2022-ci illər üçün hesabatlarda təqdim ediləcək. İnanıram ki, bu dövrdə sferanı tam insan mərkəzli və effektiv etmək üçün bütün əsaslar, prosedurlar və vasitələr yaradıldı, seçdiyimiz yolun düzgünlüyünün də aydın sübutları var”.

Bütün iş müddətimdə maksimum sədaqət, dürüstlük, məsuliyyət və mümkün məhsuldarlıq göstərdiyini elan edən H.Qasparyan gələcək planları haqqında yaxın gələcəkdə danışacağağına söz verib.

Acığa düşən baş nazir Paşinyan tələm-tələsik nazir müavini postuna Tatevik Stepanyanı təyin edib. Erməni mətbuatı istefa səbəbindən daha çox N.Paşinyanın bu dəfə də vəzifəyə bir qadını təyin etməsinə maraq göstərib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button