İdman

Benzema “Əl-İttihad”dan uzaqlaşdırıldı – SON DURUM

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda hələ də məşqlərə qayıtmayan Kərim Benzema rəhbərliyin qərarı ilə mövsümün qalan hissəsinə hazırlıq məqsədilə Dubayda keçiriləcək olan təlim-məşq toplanışına çağırılmayacaq.

Fanat.az xəbər verir ki, informasiyanı “Tutto Mercato” yayıb.

Mənbənin məlumatına görə, ulduz futbolçunun adı siyahıya salınmayıb.

Fransalı forvard hələ yeni ildən əvvəl 3 məşq buraxmışdı. O, yeni il daxil olandan bəri heç bir məşqə qoşulmayıb.

Kərim Benzema mövsümün ilk hissəsində 20 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button