Cəmiyyət

Ekspertdən nazir müavininə cavab: “50 faizdən çox şagird tədrisdən kənarda qalıb”

“Tədrisin vaxtında başa çatdırılacağını demək məsuliyyətdən qaçmaq kimi bir şeydir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Təhsil eksperti Kamran Əsədov Təhsil nazirinin müavini Məhəbət Vəliyevanın açıqlamasını şərh edərkən deyib.

Kamran Əsədovun fikrincə, virtual dərslər ilə tədrisin başa çatdırılması təhsilin öhdəliyini yerinə yetirilməsi kimi başa düşülə bilməz:

“Bəli, bu zərurətdən baş verib. Amma texniki dəstək, digər tərəfdən isə əlçatanlılığın tam şəkildə təmin edilməməsi ilə bağlı çatışmazlıqlar var ki, bu da gələcəkdə təhsil alanlara çətinliklər yaradacaq. Məsələ tədrisin başa çatdırılması deyil, faydalılıq əmsalının artımıdır. Şagirdlər tərəfindən virtual dərslərdən istifadə 50 faiz təşkil etmir. Virtual məktəb layihəsindən qeydiyyatdan 1.6 milyon şagirdin 600 mini, 151 min müəllimin 50 mini keçib. Bu prosesə cəlb edilənlərin edilməyənlərdən nə qədər az olduğunu, aktiv iştirak edənlərin sayının isə real rəqəmlərdən dəfərlərə az olduğunu bildiyimiz halda, keyfiyyətini ölçə bildiyimiz şəraitdə tədrisin vaxtında başa çatdırılacağını demək məsuliyyətdən qaçmaq kimi bir şeydir”.

Kamran Əsədov təəssüflə bildirib ki, Təhsil Nazirliyi pandemiya dövründə uzun və ya qısa müddətli fəaliyyət planını, yol xəritəsini təqdim etmədi:

“Məktəb daxili qiymətləndirmə, yekun attestasiya kimi məsələlər hələ də açıq qalır. Bütün hallarda isə virtual dərslərin keyfiyyəti real dərslərlə müqayisə olduğu şəraitdə tədrisin vaxtında başa çatdırılması absurddur. Daha geniş fəaliyət planı təqdim etmək lazımdır. Çünki 50 faizdən çox şagird martın 3-dən etibarən tədrisdən kənarda qalıb, onlara lazımi bilik və bacarıqlar verilməyib, gələcəkdə isə keçirilən imtahanlarda həmən informasiyalar yoxlanılacaq. Ona görə də, mən tədrisin elektron xidmətlərin təşkili ilə başa vurulmasını məqbul hesab etmirəm. Ən azı cari ilin mövzularının növbəti siniflərdə tədris edilməsini özündə əks etdirən proqram Təhsil Nazirliyi tərəfindən təqdim edilməlidir. Şagird və tələbələrin oxuduqları pillədə lazımi səviyyədə bilik və bacarıqları formalaşmadan növbəti pilləyə keçid etməsi fotmaldır və təhsilin inkişafına mənfi təsir göstərəcək”.

Məhəbbət Vəliyeva orta məktəblərdə dərslərin nə vaxt açılması ilə bağlı suallara cavabında dərs ilinin uzadılmasına ehtiyac qalmadığını vurğulayıb: “Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir”.

Bənzər yazılar

Back to top button