İdman

Meyson Mauntun son vəziyyəti nə yerdədir? – AÇIQLANDI

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Mauntun son durumuna aydınlıq gəlib.

Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, avqustda zədələnən 24 yaşlı futbolçu bu gün baş tutan məşqdə komanda yoldaşları ilə birlikdə çalışıb.

Mənbə Mauntun İngiltərə Liqa Kuboku çərçivəsində sabah “Kristal Pelas”a qarşı keçiriləcək görüşdə oynaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, Meyson bu yay yetirməsi olduğu “Çelsi”ni “qırmızı şeytanlar”a dəyişib.

Bənzər yazılar

Back to top button