İdman

“Real”ın baş məşqçisi antirekordlarla debüt etdi

UEFA Super Kuboku uğrunda oyunda “Atletiko”ya 2:4 hesabı ilə yeniln “Real” antirekordlarla yadda qalıb.

Fanat.Az xəbər verir ki, “Kral Klubu” son 70 ildə ilk dəfə mövsümün ən pis başlanğıcını edib. Yeni baş məşqçi Xulen Lopeteginin rəhbərliyi altında debüt oyununda yenilən komanda sonuncu dəfə 1948-ci ildə Maykl Kipinqin rəhbərliyi altında mövsümün açılış oyununda “Selta”ya 1:4 hesabı ilə uduzmuşdu.

“Real” 4 il sonra ilk dəfə 4 top buraxaraq yenilib. 4 il əvvəl Rafael Benitesin başçılıq etdiyi komanda “Barselona”ya 0:4 hesbı ilə yenilmişdi.

Madrid klubu 18 il sonra beynəlxalq turnirin finalında uduzub. Belə ki, komanda sonuncu dəfə 2000-ci ildə Qitələrarası Kubokda Argentina “Boka Xuniors”una yenilmişdi – 1:2. Həmin il “Real” UEFA Super Kubokunun finalında “Qalatasaray”a da məğlub olmuşdu. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün taleyi əlavə vaxtda vurulan qolla həll olunub – 1:2.

“Boka Xuniors”la oyundan sonra beynəlxalq arenada 13 final oynayan “Kral Klubu” XXI əsrdə ilk dəfə həlledici qarşılaşmada uduzub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button