Hadisə

Bakıda çirklənmənin azaldığı ərazilər açıqlandı

“May ayında karantin rejiminin yumşaldılmasından sonra atmosferdə çirkləndirici maddələrin miqdarı artıb”.

AzToday.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, artımın miqdarı aprel ayı ilə müqayisədə 30-35 faiz təşkil edir.

“Bakı şəhərinin xüsusilə nəqliyyatın daha sıx olan nöqtələri – Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, havada olan çirkləndiricilərin miqdarı 45-50 faiz azalıb”, – deyə U.Tağıyeva qeyd edib.

Bənzər yazılar

Back to top button