Siyasət

Avropa Şurası Azərbaycanda milli azlıqların vəziyyəti haqqında hesabat hazırlayacaq

Ötən həftə (23-27 oktyabr) Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. O, milli azlıqların müdafiəsi sahəsində əldə olunan irəliləyişi qiymətləndirəcək.

Bu, missiyanın Azərbaycana beşinci səfəridir, Avropa Şurasının məlumatında deyilir. O, Bakı, Lənkəran, Quba və Xınalıqda hakimiyyət, vətəndaş cəmiyyəti və milli azlıqların nümayəndələrilə görüşlər keçirib, Çərçivə Konvensiyasının icrasını müzakirə edib.

Nümayəndə heyəti hökumət təmsilçilərilə görüşdə Qarabağdakı vəziyyətlə bağlı suallar qaldırıb.

Səfər Azərbaycanda Çərçivə Konvensiyasının reallaşması ilə bağlı Məşvərət Komitəsinin beşinci rəyinin hazırlanması çərçivəsində baş tutub. Sənədin 2024-cü ildə qəbul ediləcəyi gözlənilir, məlumatda deyilir.

*Avropa Şurası Məşvərət Komitəsinin Azərbaycan üzrə əvvəlki rəyi 2019-cu ilin fevralında dərc edilib. Komitə “çoxmillətli Azərbaycanda hakimiyyətin azlıqların mədəniyyətinin dəstəklənməsi üzrə geniş tədbirlər həyata keçirdiyini” etiraf edərək, diqqəti “gənclərin multikulturalizm və tolerantlıq sahəsində maarifləndirilməsi” səylərinə yönəldib.

Bununla belə, milli azlıqlar öz fikirlərini ifadə etmək hüququnda məhdudiyyətlərə malikdir, ana dilini öyrənməkdə çətinlik çəkirlər. Azərbaycan hakimiyyəti hesabatın bəzi müddəaları ilə razı olmadığını bildirib. Ölkədəki milli azlıqların hüquqları “Azərbaycan Konstitusiyasında və digər hüquqi aktlarda təsbit edilmiş möhkəm hüquqi əsaslar üzərində qurulur”, – Azərbaycan hökuməti hesabatla bağlı öz şərhində bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button