Hadisə

Azərbaycanlı qadınları Türkiyədə satan “mama roza” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzToday.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, ibtidai istintaq zamanı Səkinə Zamanovanın barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Prokuror təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə baxışı mayın 31-ə təyin edilib. Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanova saxlanılıb və onun barəsində cinayət işi başlanıb. O, ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək, pul qazanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Bənzər yazılar

Back to top button