Bu hallara yol verən axund və imamlar vəzifələrindən qovula bilər – Xəbərdarlıq!

by Aztoday Xəbər Portalı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı bütün dindarlara xəbərdarlıq edib.

AzToday.Az-ın məlumatına görə, A.Paşazadə dindarlara, o cümlədən axund və imamlara Ramazan ayı boyunca iftardan əvvəl məclislərdə iştirak etməməyi tövsiyə edib:

“Müsəlman din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməli, iştirakçısı və təşkilatçısı olmamalıdır. Belə məsələdə diqqətli olun”.

A.Paşazadə deyib ki, bu cür hallara yol verən axund və imamlar vəzifələrindən uzaqlaşdırıla bilər.

Trend

Bənzər Yazılar