Bizim seçimCəmiyyət

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlandı

Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciət üzrə məhkəmənin vaxtı açıqlanıb.

AzToday.az “Report“a istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

Məhkəmə hakim Rəşad Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Bənzər yazılar

Back to top button