İdman

“Qarabağ” üçün millimiz və “Qəbələ”yə uğur gətirməyən hakim

“Qarabağ”ın Avropa Liqaının pley-off mərhələsinin “Şerfi”lə ilk oyununu idarə edəcək Harald Lexner Azərbaycan futbolsevərlərinə tanış hakimdi.

Fanat.Az xəbər verir ki, avstriyalı referi millimizin 4, “Qəbələ”nin bir oyununu idarə edib. 2010-u ildən FIFA referisi olan Lexner ilk dəfə həmin ildə millimizin Moldova ilə yoxlama oyununu idarə edib. Avstriyada keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Referi millimizdən Elnur Allahverdiyev və Vurğun Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.

Lexner 2015-ci ilin 7 iyununda Avstriyanın Sankt Polten şəhərində keçirilən Azərbaycan – Serbiya oyununu da idarə edib. Bu oyunda yığmamız 1:4 hesabı ilə yenilib, avstriyalı hakim 90 dəqiqə ərzində vərəqəyə ehtiyac duymayıb.

Referi həkimin ilin 8 sentyabrında keçirilən Avropa çempionatının Malta və Azərbaycan arasındakı semə mərhələ matçında da fit çalıb. Maltada baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Lexner bu oyunda yalnız rəqib komandadan bir futbolçuya “sarı” göstərib.

Onun millimizin işirakı ilə idarə etdiyi Azərbaycan – Andorra yoldaşlıq görüşü olub. 2016-cı ilin 26 mayında Avstriyanın Bad Erlax şəhərində keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb. Referi millimizdən Elvin Məmmədov, Dmitri Nazarov və Adil Nağıyevi sarı vərəqə ilə cəzalandırıb.

Lexner 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinin “Anderlext” (Belçika) – “Qəbələ” oyununu da idarə edib. Oyun belçikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim “Qəbələ”dən Rikardinyo və Asif Məmmədova “sarı” göstərib.

Beləliklə, yığmamız və “Qəbələ” Lexnerin idarə etdiyi 5 oyunda qələbə qazana bilməyib (3 heç-heçə, 2 məğlubiyyət). Bu oyunlarda 5 qol vuran təmsilçilərimiz 10-unu buraxıb.

Bənzər yazılar

Back to top button