İdman

Qurban Qurbanovdan qələbə şərhi

“Futbolçularımı təbrik edirəm. Hava şəraitinə görə onlara oynamaq asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqə ərzində çox diqqətli oldular”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün “Linkoln”la keçirilən səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, Cəbəllütariq klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: “Rəqib komanda çox təcrübəli oyunçulardan qurulub. Hər birinin son nöqtəni qoymaq bacarığı var. Rəqib təxminən biz düşündüyümüz kimi oynadı. Komandamda psixoloji yorğunluq həddindən artıq çox idi. Buna baxmayaraq, özlərini sona qədər düzgün idarə edə bildilər. Hətta sonda qələbə qolunu da vura bildilər. Futboloçularımın oyuna yanaşmasından razı qaldım”.

Bənzər yazılar

Back to top button