Bizim seçimCəmiyyətSiyasət

Zakir Həsənov: “Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb”

Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikin mətnində deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət etmişdir.

Ulu Öndərin layiqli varisi möhtərəm Prezident İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etmiş, ölkəmiz islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanmışdır.

Cənab Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb. Ordumuzun 2016-cı ilin aprelində Dağlıq Qarabağda, cari ilin mayında Naxçıvanda keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində ərazilərimizin bir qisminin düşmən işğalından azad olunması və Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar möhtəşəm hərbi paradın keçirilməsi bu qüdrətin bariz nümunəsidir.

Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları da Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaqdır.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!”.

Bənzər yazılar

Back to top button