ManşetSiyasət

AFR, Böyük Britaniya, ABŞ və Fransa səfirləri Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə çağırıb

Azərbaycanda fəaliyyət göstərən Almaniya, Böyük Britaniya, ABŞ, Fransa səfirləri Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Onlar bəyanatlarında qeyd edirlər ki, Qubad İbadoğlunun həbsini diqqətlə izləyirlər.

“Azərbaycanın öz vətəndaşlarının, o cümlədən iqtisadiyyat elmləri doktoru Qubad İbadoğlunun əsas hüquq və azadlıqları Azərbaycan Konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi həyati əhəmiyyət kəsb edir. Biz Azərbaycan hökumətini Qubad İbadoğlunun insan hüquqlarına hörmət etməyə, dərmanla və müvafiq hüquqi prosedur hüququnu təmin etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.

Sosial şəbəkələrdə fəallar “Qubad İbadoğluna azadlıq!” şüarı ilə kampaniya başladıb.(Turan)

Bənzər yazılar

Back to top button