Gündəmİqtisadiyyat

Rusiyada internet çöksə, Azərbaycanı nə gözləyir? – Nazirlikdən açıqlama

Rusiyaya internetin verilməsinə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı məsələ dünya ölkələrinin gündəmindədir. Nəzərə alsaq ki, Azərbaycan da internetin bir qismini bu ölkədən alır onda Azərbaycanda internet təminatında ciddi problemlər meydana çıxa bilərmi?

Qaynarinfo-nun məlumatına görə, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlinin müşaviri Rəşad Bayramov “XəzərXəbər”ə açıqlama verib.

Onun sözlərinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya texnologiyaları sahəsini də əhatə edir. Bu isə öz növbəsində internet üçün riskləri artırır. Nazirin müşaviri Azərbaycanın internet təminatı ilə bağlı son vəziyyəti də açıqlayıb.

O əlavə edib ki, ölkəmizə internet magistralları 3 istiqamətdən gəlir. Şimal istiqamət Rusiya ərazisi , cənub istiqamət İran və Türkiyə, qərb istiqamtədə isə Gürcüstan, Türkiyə, Bolqarıstan və Almaniyadan keçməklə. Bunların hər biri ölkəmizi avropa internet magistralı ilə birləşdirir.

Qeyd edək ki, Ukraynaya işğalçı hücumdan sonra dünya ölkələri və beynəlxalq təşkilatlar Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edir. Bunların arasına internet şəbəkəsinin kəsilməsi də daxil ola bilər. Buna görə də əsas internet xəttini bu ölkə üzərindən əldə edən ölkələrdə internet təminatında ciddi problemlərin olacağı qaçılmazdır.

Bənzər yazılar

Back to top button