Dünya

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

Fətullahçı Terror Qruplaşmasının (FETÖ) lideri Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıla bilər.

AzToday.Az yerli mətbuata istinadən xəbər verir ki, Adana 11 saylı Ağır cinayətlər məhkəməsi bu məqsədlə Ədliyyə Nazirliyinə müraciət edib.

Müraciətdə, FETÖ və PDY (Paralel Dövlət Quruluşu) lideri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan və barəsində qaldırılan heç bir məhkəmə prosesində iştirak etməyən Fətullah Gülənin ölkə vətəndaşlığından çıxarılması tələb edilib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdi olub. Türkiyəli keçmiş din xadimi Fətullah Gülən həmin dövlət çevrilişi cəhdinə liderlik etməkdə ittiham edilərək onun və ona yaxın bir çox insan barəsində məhkəmə iddiası qaldırılıb.

F. Gülənə dəstək verməkdə ittiham edilən çox sayda insan saxlanılıb və onların barəsində istintaq davam edir.

Qruplaşmanın lideri Fətullah Gülən isə ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Bənzər yazılar

Back to top button