Dünya

Putindən nüvə mesajı: “Həddindən artıq təhlükəlidir”

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Görüşdə Putin bildirib ki, Rusiya agentliyin işini dəstəkləyir və onun işinə böyük önəm verir. Prezidentin sözlərinə görə, hazırda dünyada nüvə fəaliyyətinin həddindən artıq təhlükəli siyasiləşdirilməsi müşahidə edilir: “Bu ritorika azaldılmalıdır”.

Qrossi deyib ki, Rusiya həmişə Agentliyin texniki və digər sahələrində əsas aktor olub./Modern.az

Bənzər yazılar

Back to top button