CəmiyyətManşet

Adil Qeybulla: “Saleh Rüstəmov aclıq aksiyasını dayandırdı”

“Gecə komaya düşən Saleh Rüstəmovu həkimlərin müdaxiləsi nəticəsində ayıltmaq mümkün olub”

“Saleh Rüstəmov ümumu səhhətini və qardaşlarının da aclıq aksiyasına qoşulduğunu nəzərə alaraq, bizim təkidli xahişlərimizdən sonra aclıq aksiyasını dayandırdı”.

Bunu dekabrın 16-da Saleh Rüstəmovla görüşən professor Adil Qeybulla Meydan TV-yə deyib.

A.Qeybulla bildirib ki, bundan sonra Saleh Rüstəmovun səhhətinin bərpası istiqamətində tədbirlər davam etdiriləcək.

Eyni zamanda, bu gün vəkil Bəhruz Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin I müavini Phlip Barcleylə görüşüb. Vəkil diplomatla Saleh Rüstəmovun son vəziyyətini müzakirə etdiklərini bildirib.

Bu barədə vəkil özü Meydan TV-yə danışıb.

“Diplomat dedi ki, o, ölkəsinin Xarici İşlər Nazirliyinin tapşırığıyla Saleh Rüstəmov haqqında məlumat almaq üçün məni dəvət edib. Mən də Saleh bəyin məhkəmə işi də daxil olmaqla indiki vəziyyət barədə əhatəli danışdım”, – deyə vəkil Bəhruz Bayramov bildirib.

B.Bayramov Saleh Rüstəmovun bu gecə komaya düşdüyünü də deyib: “Ancaq həkimlərin müdaxiləsi nəticəsində onu ayıltmaq mümkün olub”.

Böyük Britaniyanın Azərbaycandakı səfərliyinin birinci müavini Phlip Barcleylə vəkil Bəhruz Bayramov,

Saleh Rüstəmov 41 gün idi aclıq aksiyası keçirirdi. O, dekabrın 13-də tam aclığa keçərək su və dərmanlardan imtina etmişdi.

Onun azad olunması ilə bağlı ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri, jurnalistlər, ictimai xadimlər hökumətə çağırış ediblər.

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 41 gündür ki, aclıq aksiyası keçirirdi. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

Bənzər yazılar

Back to top button