Mədət Quliyev şübhələrə son qoydu: “Məlumatı biz vermişik”

by Aztoday Xəbər Portalı

Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var.

AzToday.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib: “Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verildi. Ancaq bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi”.

DTX rəisi bildirib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var: “Ancaq biz onları zərərsizləşdiririk”.

Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.

Bənzər Yazılar