Hadisə

Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürüldü

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, G. Bayramlı bu gün 37-ci Polis Bölməsinin müvəqqəti saxlanma yerindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) AXCP”>AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb: “Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib”.

Səbail Rayon Məhkəməsinin qərarı ilə G. Bayramlı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button