Siyasət

Hikmət Hacıyevin Heritage Foundation-da Qriqoryan və ekspertlərlə görüş haqqında şərhi

Azərbaycan prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev sentyabrın 27-də Vaşinqtonda Heritage Foundation-da görüş keçirib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.

Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Eyni zamanda, Hacıyev özü Twitter-dəki hesabında həmin gün Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla baş tutmuş görüşü haqqında şərh yazıb.

O, ABŞ rəhbərliyinə bu görüşün təşkilinə görə təşəkkür edib və qeyd edib ki: “Görüşdə sülh sazişi ilə bağlı danışıqların gedişatı, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, habelə humanitar mövzular – minalar və itkin düşmüş şəxslər müzakirə olunub”.(Turan)

Bənzər yazılar

Back to top button