Analitika

Qarabağda tezliklə böyük sürpriz olacaq

“Ermənistan masa arxasında oturmaqdan yayınmağa çalışır və danışıqların aparılması üçün mandatın Qarabağ separatçılarına verilməsini istəyir. Bu onların köhnə arzusudur.”

AzToday.Az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Ermənistan hökumətinin “DQR” separatçılarının danışıqlar prosesinə cəlb etmək istəyinə rəy bildirərkən “Exo” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni tərəfi bu fikri ortaya ataraq rəy öyrənməyə çalışır.

“Əminəm ki, bu sərsəm ideya erməni tərəfinin köhnə arzusu olaraq qalacaq. Əgər bu günə qədər heç bir ölkə və təşkilat separatçıları tanımayıbsa, bundan sonra da buna cəhd etməyəcəklər. Hətta Ermənistanı da öz addımları qorxudur. Başa düşürlər ki, bir ehtiyatsız addım onlar üçün faciəyə səbəb olacaq”, – deyə polkovnik bildirib.

Üzeyir Cəfərov hesab edir ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda çox böyük dəyişikliklər olacaq.

“Bunu ATƏT-in Minsk Qrupu, onun həmsədr ölkələri, regionun digər ölkələri də hiss edir. Qoy ermənilər başa düşsünlər ki, onlarla eyni masa arxasında oturmağa heç kim razı deyil. Bir sözlə, ermənilər hər cür sürprizə hazır olmalıdırlar. Azərbaycanın uğurlu diplomatik addımları nəticəsində ermənilər bu dəyişikliyi çox yaxından hiss edəcəklər”, – deyə plkovnik bəyan edib.

Ekspertin sözlərinə görə, separatçı ermənilərin limiti dolub. Onlar düzgün seçməyə hazır olmalıdırlar. Onlar ya Azərbaycanın qanunları çərçivəsində yaşamalıdırlar, ya da özlərinə başqa ölkə axtarmağa məcbur olacaqlar.

İstipress.com

Bənzər yazılar

Back to top button