Dünya

Zelenskini Hitlerə bənzədən Lavrova Fransadan SENSASİON CAVAB

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya XİN rəhbəri Sergey Lavrovun İkinci Dünya müharibəsi ilə bağlı açıqlamalarını pisləyib və onları iyrənc manipulyasiya adlandırıb.

Hit.az xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Tvitter səhifəsində məlumat verilib.

“Cənab Lavrovun və onun nazirliyinin İkinci Dünya müharibəsinin vəhşilikləri ilə bağlı tarixi manipulyasiyası sadəcə olaraq iyrəncdir. Mən bu qəbuledilməz və iyrənc ritorikanı qınayıram. Biz Rusiyanın Ukraynadakı müharibəylə bağlı dezinformasiyası ilə mübarizəni davam etdirəcəyik” – Jan-İv Le Drian vurğulayıb.

Xatırladaq ki, Sergey Lavrov İtaliya televiziya şirkətinə müsahibəsində Zelenskinin Hitlərə bənzədiyini bildirmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button