Putin Ərdoğanı təbrik etdi – yenidən seçildiyi üçün

by Aztoday Xəbər Portalı

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzToday.Az Türkiyə Prezident Administrasiyası mətbuat mərkəzinə istinadən xəbər verir ki, danışıq vaxtı iki ölkə arasındakı strateji münasibətlərin inkişafı barədə razılığa gəlinib.

Məlumatda bildirilir ki, Vladimir Putin Türkiyəli həmkarını yenidən Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilməsi münasibəti ilə təbrik edib.

Bundan başqa tərəflər, iki ölkə arasındakı iqtisadi məhdudiyyətlərin ləğv edilməsi, “Akkuyu” və “Türk Axını” layihələri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin hər iki ölkənin lideri Suriyada yaradılacaq tampon bölgə və bu prosesin yaradılması prosesinin sürətləndirilməsini müzakirə ediblər.

Bənzər Yazılar