GündəmSiyasət

Azərbaycan-Türkiyə birgə hərbi təliminə hazırlıq

Oktyabrın 23-25-də Azərbaycanda Azərbaycan-Türkiyə birgə hərbi taktiki təlimi keçiriləcək. Təlim Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Hazırlıq çərçivəsində birgə taktiki təlimin müxtəlif epizodları üzrə fəaliyyətin məşqinə başlanılıb. Daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket- Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim zamanı əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyəti zamanı döyüş uzlaşmasının təmin edilməsinə, idarəetmənin təkmilləşdirilməsinə, təcrübə mübadiləsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.

Bənzər yazılar

Back to top button