İdman

“İbrahimoviçə dedim ki, sən Ronaldodan güclüsən” – “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Adrian Mutu “Sport-Ekspress” nəşrinə müsahibə verib.

Fanat.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı “2005/2006 mövsümündə “Yuventus”da komanda yoldaşı olmuş Zlatan İbrahimoviçlə bağlı xatirəsini bölüşüb:

“Bir dəfə İbrahimoviç kabus gördü və oyanan kimi mənə sual verdi: “Ronaldo güclüdür, yoxsa mən?” Düzü, həmin vaxt çox yuxum gəlirdi, yatmaq istəyirdim. Buna görə İbranı təriflədim. İbrahimoviçə dedim ki, sən Ronaldodan güclüsən. Onların hər ikisi əla hücumçu idi və fərqli oyun üslubları var idi. Həm İbrahimoviç, həm də Ronaldo zəngin karyeraya malikdirlər. Zlatanla “Yuventus”dan bəri dostuq, indi də bir-birimizlə əlaqə saxlayırıq”.

Qeyd edək ki, Mutu futbolçu karyerasını 2016-cı ildə, Zlatan İbrahimoviç isə ötən ay bitirib.

Bənzər yazılar

Back to top button