İdman

“Arsenal” növbəti mərhələdə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” İngiltərə Liqa kubokunda oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, London klubu “Brentford”u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

“Arsenal” – “Brentford” – 3:1
Qollar: Uelbek, 5 (1:2), 37 (2:0), Judg, 58 (2:1), Lyakazett, 90 (3:1)

Bu qələbə ilə Unay Emerinin komandası növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin 3-cü turunda oktyabrın 4-ü “Arsenal”ı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:55-də başlayacaq.

Bənzər yazılar

Back to top button