Dünya

Lavrov: “Suriyada kimyəvi silah yoxdur, Qərb hücum üçün bəhanə axtarır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada kimyəvi silahın olması ilə bağlı iddialara cavab verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Konqresinin iclasında danışan Lavrov “Suriya höküməti 2013-cü ildə Rusiya-ABŞ razılığına əsasən bütün kimyəvi silahları məhv edib. Digər tərəfdən terrorçular silahların istehsalını öyrənib və bunun üçün laboratoriya yaradıb. ABŞ da daxil olmaqla digər ölkələrin kəşfiyyat xidmətləri terrorçulara məsələ ilə əlaqədar dəfələrlə xəbərdarlıq edib” açıqlaması ilə çıxış edib.

Nazir həmçinin qərb ölkələrinin yeni bəhanələrlə Suriyaya hücum planlaşdırdıqlarını deyərək məsələ ilə bağlı xəbərdarlıq edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button