Mədəniyyət

Fransada Natəvanın heykəli sökülə bilər

Fransanın Evian-le-Bel şəhərində yerləşən Azərbaycan bağı dekabrın 18-də keçirilən bələdiyyə məclisində müxalifət tərəfindən müzakirəyə çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “La messager” nəşri məlumat yayıb.

Şəhər meri bildirib ki, artıq ictimai meydandan silinən Azərbaycan adı, gələcəkdə planlardan da silinməlidir:

“Artıq Azərbaycan bağının qeyd olunduğu bütün yazılar yığışdırılıb. Sadəcə turizm ofisinin kağız xəritələrində qeydlər qalır. Planlar yenidən qurulanda artıq orada olmayacaq. Onsuz da çox olmasa da, onlarla bütün əlaqələrimizi kəsmişik”.

Onun müavini öz növbəsində qeyd edib ki, heykəl qalmalıdır:

“O, azad qadın kimi tanınır. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət insanları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi yığışdırıb bu körpüləri sökməliyik?”

Qeyd edək ki, 2015-ci ildə Evian-le-Bel şəhəri Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu çərçivədə 2017-ci ildə şəhərdə şair Xurşidbanu Natəvanın heykəli və Hilton oteli ilə üzbəüz Azərbaycan bağı istifadəyə verilib.

Bənzər yazılar

Back to top button