İqtisadiyyat

İnhisarçılıqda banan indikatoru – Qubad İbadoğlu

“Azərbaycanda bananın qiyməti idxalda inhisarçılığı, milli iqtisadiyyatda isə islahatların vəziyyətini xarakterizə edən ən yaxşı indikator sayıla bilər.”

AzToday.Az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədəki şəxsi səhifəsində yazəb. Ekspert hesab edir ki, vəziyyət, monopoliyanın əvvəlki vəziyyətdə olduğunu və islahatların saxta olduğunu göstərir:

“Əgər xatırlayırsınızsa təxminən 1 il əvvəl gömrükdə islahatara start veriləndən, brokerlər yığışdırılandan, bir sözlə bu malın idxalı üzərində inhisarçılıq aradan qaldırılandan sonra bananın pərakəndə satış qiyməti 1 manat 25 qəpiyə qədər ucuzlaşmışdı. Lakin, çox keçmədən yenə də bazarda hökmran mövqeyə malik olan şirkət bananın qiymətini hətta 3 manat 50 qəpiyə qədər bahalaşdırdı.

Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir. Müqayisə üçün qeyd edək ki, əmək haqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 453 qramı 59 sentə, yəni 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər.

Əslində mövsümi amillərin və manatın bahalaşmasının kimi əhəmiyyətli amillərin təsiri ilə Azərbaycanda bananın qiyməti ucuzlaşmalı idi. Amma əksinə bazarda bahalaşma müşahidə olunur. Əgər yumurta müşavirəsi kimi heç olmazsa bir dəfə də banan müşavirəsi keçirilsəydi, onda heç şübhəsiz ki, onun da qiyməti ucuzlaşardı.”

Bənzər yazılar

Back to top button