Bizim seçimGündəmManşetSiyasət

Ordumuz erməniləri qorxuya salan təlimlərə başladı – Raket və artilleriya… (FOTO, VİDEO)

Silahlı Qüvvələrin 2017-cı il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat mərkəzi yayıb.

Məlumatda bildirilir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

Bənzər yazılar

Back to top button