Dünya

Çərşənbə günü ABŞ İraqdakı İranyönlü qüvvələrə yenidən zərbə endirib, onların komandirini öldürüb

Çərşənbə günü ABŞ İraqın İran tərəfindən dəstəklənən qruplaşmasının yüksək vəzifəli üzvlərinə PUA ilə zərbə endirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Şərqi Bağdadda “Kataib Hizbullah”ın döyüşçülərinə hücum Bayden administrasiyasının ötən ay İordaniyada üç Amerika əsgərinin öldürülməsinə görə qisasının ikinci mərhələsinin bir hissəsi idi.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu hücum nəticəsində bu İranyönlü qruplaşmanın baş komandiri öldürülüb.

“ABŞ vətəndaşlarımızın müdafiəsi üçün zəruri tədbirləri davam etdirir və hərbiçilərimizin təhlükəsizliyi üçün təhdid yaradan hər kəsi məsuliyyətə cəlb edəcək”, deyə ABŞ komandanlığının bəyanatında bildirilir.

İranyönlü KİV-lər “Kataib Hizbullah”ın öldürülən komandirinin adını açıqlayıb, bu, Əbu Bəkr Əl Səədidir.

Bənzər yazılar

Back to top button