Cəmiyyət

Azərbaycanda Media Reyestri fəaliyyətə başlayıb

Azərbaycanda Media Reyestri fəaliyyətə başlayıb. Bu barədə Medianın İnkişafı Agentliyinin cümə günü yaydığı məlumatda bildirilir.

Oktyabrın 14-də Reyestrin İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi başa çatıb.

Media subyektləri və jurnalistlər ASAN Login vasitəsilə Reyestrin informasiya sistemi portalına daxil olaraq, qeydiyyat üçün müraciət edə bilərlər.

Xatırladaq ki, Vahid Media Reyestrinin yaradılması media haqqında yeni qanunda nəzərdə tutulub. Bu qanun həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda kəskin tənqidə məruz qalıb.

Beynəlxalq qurumlar Jurnalistlərin Vahid Reyestrinin yaradılmasını jurnalistlərin hüquq və azadlıqlarının və söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.

Bənzər yazılar

Back to top button