İdman

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Super Liqada

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 68 yaşlı mütəxəssis yenidən Türkiyə Super Liqasında çalışacaq. Belə ki, Mustafa Dənizli “Kasımpaşa”nın baş mşqçisi təyin edilib. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Mustafa Dəizli bu postda dünən istefaya göndərilən Kamal Özdeşi əvəzləyib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Mustafa Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, son olaraq “Eskişəhərspor”u çalışdırıb.

Bənzər yazılar

Back to top button