DünyaHadisə

Türk vətəndaşı “mədəniyyətin mərkəzində” vəhşicəsinə döyüldü (+18 FOTO)

Belçikada türk əslli ölkə vətəndaşı faşist qrup tərəfindən vəhşicəsinə döyülüb.

AzToday.Az “İhlas” agentliyinə istinadən xəbər verir ki, hadisə Belçikanın Neerpelt şəhərində baş verib.

Məlumata görə, Neerpelt şəhərində dönərçilik edən türk əslli Əli Fakıoğlu gecə işdən qayıdanda naməlum bir qrup onun yolunu kəsib. Üzərilərində irqçi rəmzlər olan qrup üzvləri zərərçəkmişin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı olan münasibəti ilə maraqlanıblar.

Fakıoğlunun verdiyi cavaba hiddətlənən qrup üzvləri onu döyərək ölümcül vəziyyətə salıblar.

Şəxsi imkanları ilə özünü xəstəxanaya çatdıran Əli Fakıoğlunun başına və qaşına çox sayda tikiş qoyulub.

Bənzər yazılar

Back to top button