İqtisadiyyat

Fərhad Əhmədovun 150 milyonluq şirkətinə yeni direktor təyin olundu – Foto

150 milyon manat nizamnamə kapitalı olan Teymur Əhmədov adına “Aznar” QSC-yə yeni direktor təyin olunub.
Yeniavaz.com xəbər verir ki, “Aznar” QSC-yə təyin olunan yeni direktor Qurbanov Zeynullah Rəcəb oğludur.

Qeyd edək ki, Teymur Əhmədov adına “Aznar” QSC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 milyon 987 min 312 manat olan QSC-nin əvvəlki direktoru Teymur Fərəc oğlu Əhmədov olub.

Teymur Əhmədov məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı oğludur. “Aznar” QSC də Əhmədovlara məxsusdur.

“Forbes” nəşrinə görə hazırda 1,1 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.

Onu da bildirək ki, “Aznar” QSC-nin yeni direktoru Zeynullah Qurbanov ötən il mətbuata verdiyi açıqlmada ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Zeynullah Qurbanov Rusiya vətəndaşı olduğunu və 6 ildir “Aqrarkredit” QSC-nin iddiası əsasında Azərbaycanı tərk edə bilmədiyini qeyd edib.

Zeynulla Qurbanov

Bənzər yazılar

Back to top button