İdmanManşet

Həbib Makqreqorun səsini kəsdi (VİDEO)

ABŞ-ın Las Veqas şəhərində “UFC 229” çərçivəsində keçirilən Həbib Nurməhəmmədov və Konor Makqreqor görüşü yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, matçın yekununda dağıstanlı Həbib irlandiyalı Konora qalib gəlib və yüngül çəkidi “UFC” çempionu olub. Konor 4-cü raundda təslim olmaq məcburiyyətində qalıb.

Görüşdən sonra dava düşdüyü üçün kəmər Nurməhəmmədova verilməyib, lakin o, qalib elan edilib.

Qeyd edək ki, karyerası ərzində 27 döyüş keçirən Həbib Nurməhəmmədov bu günə qədər uduzmayıb. Peşəkar rinqdə 21-ci oyununu keçirən Konor isə 4-cü məğlubiyyətini alıb.

https://youtu.be/eDNqXBafV_0

Bənzər yazılar

Back to top button