Şəhid anasının pensiyasını 10 ilə yaxın başqası alıb – ŞOK İDDİA

by Aztoday Xəbər Portalı

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradovanın 01 may 2017-ci il tarixdə DSMF-nin Bərdə rayon şöbəsinin qanunsuz hərəkətindən verdiyi şikayət icraata qəbul edilib. Bu barədə Ə. Muradovanın qanuni nümayəndəsi Xəqani Məmməd məlumat verib. O bildirib ki, işə hakim Svetlana İsmayılova baxacaq.

Vəkil bildirib ki, bu, Svetlana İsmayılovanın köməkçisindən əldə etdiyi məlumatdır. Məhkəmənin keçiriləcəyi vaxt bu günə -30 may 2017-ci ilə təyin edilib. Hakimin səhhətində müəyyən problemlər olduğundan onunla əlaqə yaratmaq heç də həmişə mümkün olmur.

2016-cı ilin noyabr ayında da eyni məsələylə bağlı Əsli Muradova Gəncə İnzibati -İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmədən iş üzrə hakim Svetlana İsmayılova təyin olunub. Onda da hakimin səhhətində problemlərin olduğu bildirilirdi. Ehtimal da varıydı ki, Hakim Svetlana İsmayılova məzuniyyətə gedəcək və geriyə işə qayıtmayacaq.

İşə qayıtdı. Əsli Muradovanın şikayəti üzrə iddia da qəbul edlmədi. Poçtun qəbzində tarix belə yazılıb, məktubun xəbərnaməsi yoxdur deyə verdiyi qərara da bir neçə formada hüquqi don geyindirdilər.

Ümid edirik ki, hakim Svetlana İsmayılova keçən dəfəkindən fərqli olaraq indi haqqa,Ədalətə qulaq asar. Şəhid anasının haqqına qərar verər. Səhhətində problem olan şəxslər, təbii ki, haqq dünyaya bir az da yaxınlaşmış olurlar.O dünyaya yaxın olmuşkən nahaq iş tutmaq kimə lazımdır ki? Ən azından haqq dünyada hər əməlin həm cəzası, həm də mükafatı var. Mükafat varkən niyədə ki cəzaya haqq iş görülsün.

Oxuculara bildiririk ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin “Kapitalbank” bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-nin müdiri Raqub Məmtiyev məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib.11 noyabr 2016-cı il tarixində Ə.Sarıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Ə. Muradovanın həqiqətən də deyilən pulları almadığı müəyyən edildiyindən Bərdə ƏSMM-nin iddiası təmin edilməyib. İş üzrə dövlət vəsaitinin mənimsənilməsi faktı müəyyən edildiyindən məsələylə bağlı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparılması qərara alınıb.

Şəhid anası hesab edir ki, həlak olan əsgərə şəhid adı və onun ailəsinə şəhid ailəsi statusu bir dəfə verildiyi halda adı çəkilən nazirliyin yerli qurumundan bunun ikinci dəfə tələb edilməsi heç cürə məntiqə sığışmır. Buna görə də vətəndaşların müraciətlərinə baxılması qaydasına uyğun olaraq 03 aprel 2017-ci ildə şəhid ailəsi kimi əvvəllər ona verilən və sonradan dayandırılan müavinətin bərpa edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında DSMF-nin Bərdə rayon şöbəsinin müdiri Raquf Məmtiyevə müraciət edib.Qurumdan cavab almadığından məsələni ədalət məhkəməsində həll etmək istəyib. Bu səbəbdən də Gəncə İnzibati-İqtisadi məhkəməsinə müraciət edib.

Bənzər Yazılar