92 yaşlı qadından prezident İlham Əliyevə -MÜRACİƏT

by Aztoday Xəbər Portalı

Gədəbəy rayonu, Novo-Saratovka kənd sakini Zeynalova Şövkət Abdulla qızı tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarına

SÜRƏTİ:

Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Azərbaycanın 1-ci xanımı
Hörmətli Mehriban Əliyevaya

Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova

Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova

Azərbaycan Respublikası Ali Məhkəmənin Sədri Ramiz Rzayevə

Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova

Azərbaycan Respubikası Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova

Gədədbəy rayon icra başçısına

Gədəbəy rayonu Novo-Saratovka kənd sakini Zeynalova Şövkət Abdulla qızı tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab prezident!

Yazıb bildirmək istəyirəm ki, mən 1988-ci ildə Ermənistan respublikasının Göyçə mahalından Gədəbəy rayonu Novo-Saratovka kəndinə məcburi qaçqin kimi məskunlaşmışam. Sonra Hökümət tərəfindən mənə həyətyani torpaq sahəsi və tikinti materialları verilməsi sahəsində evi tikib bitirdim. Bir neçə ilə qədər orada yaşadıqdan sonra evi satdim. Daha sonra Novo-Saratovka kənd sakini Baqdanova Anna Vasiliyevnaya məxsus olan həyət evini aldım. Həmən gündən bu günə qədər mənə məxsus olan evdə yaşayıram. 2014-cü il tarixdə mənim qardaşim oğlu Zeynalov Telman Muğum oğlu Novo-Saratovka kənd icra nümayəndəsi Validə Hüseynova və Gədəbəy rayon məhkəməsi Maarif Kazımov ilə əlbir olaraq mənə məxsus olan evə, Zeynalov Telman Muğum oğlu adina qətnamə çıxarmışlar ki, güya mənə məxsus olan ev onundur. Saxta imzalarla qonşuluq aktı tərtib edərək heç bir Notarial qaydada təsdiq olunmamış akti məhkəməyə təqdim etmişlər və mənim adıma Dövlət Daşınmaz Əmlak Komitəsi tərəfindən verilmiş “Kotastr” ola-ola bu saxta qəbul etmişdir.

Hörmətli möhtərəm prezident! Mənim yaşlı 92 yaşımın olmasından sui -istifadə edərək, mənim razılığım, icazəm, xəbərim olmadan bu cür saxtakarlığa, qanunsuzluğa, haqsızlığa necə yol veriblərsə, xahiş edirəm həmən şəxslərə dair tədbir görüb cəzaları verilsin.

Mən 2016-cı il tarixdə Gədəbəy rayonu Dövlət Daşınmaz Əmlak Komitəsinə mənə məxsus olan evimin “Kotastrını” təqdim edib çıxarış almaq üçün müraciət etdikdə, mənə çıxarış vermədilər. Bildirdilər ki, mənə məxsus olan evə Gədəbəy rayon məhkəməsi tərəfindən Zeynalov Telman Muğum oğlu adına ”Qətnamə” çıxarılmışdır.

Mən yazılı olaraq Gədəbəy rayon Məhkəməsinə müraciət edərək, evimə saxta yol ilə çixarılmış “Qətnamənin” surətini verilməsini xahiş etdim. Saxta yol ilə alınmış “Qətnaməni” götürərək Gəncə şəhər Apelyasiya Məhkəməsinə müraciət etdim və Gədəbəy rayon Məhkəməsi tərəfindən saxta yolla hazırlanmış Qətnamə ləğv olundu. Qeyd edirəm ki, mənə məxsus olan evə, Novo-Saratovka kənd icra Nümayəndəsi Validə Hüseyinova və Gədəbəy rayon Məhkəməsi Marif Kazımov, Zeynalov Telman Muğum oğlundan küllü miqdarda pul alaraq, mənə məxsus olan evə mənim adıma Dövlət Daşınmaz Əmlak Komitəsi tərəfindən verilmiş “Kotastr” ola-ola “Qətnamə” çıxartmışdır.

Bu çıxarılmış saxta “Qətnaməni” Gəncə şəhər Apelyasiyası Məhkəməsi tərəfindən ləğv olunmasına baxmayaraq bu günə qədər mən evimə, Dövlət Daşınmaz Əmlak Komitəsinin Gədəbəy Rayon şöbəsindən çıxarış ala bilmirəm. Əvəzində Novo-Saratovka kənd İcra Nümayəndəsi Validə Hüseynova və Zeynalov Telman Muğum oğlu məni hər gün ölümlə hədələyirlər. Məni ölümlə hədələmələri barədə dəfələrlə Novo-Saratovka kənd polis şöbəsinə yazılı olaraq müraciət etmişəm. Lakin heç bir tədbir görülməmişdir. Hər gün məni ölümlə hədələməklərinə davam edirlər.

Hörmətli Möhtərəm Prezident! Sizdən xahiş edirəm ki, mənim yaşlı 92 yaşinda olmağımı nəzərə alaraq, mənə məxsus olan evimə çıxarış alunmasında köməklik edəsiniz. Xahiş edirəm ki, Novo-Saratovka kənd İcra Nümayəndəsi Validə Hüseyinova, Zeynalov Telman Muğum oğlu, bu iki şəxsin məni mütəmadi olaraq hər gün ölümlə hədələmələrinin qarşısını almağa son qoyulmasına köməklik edəsiniz və qanunsuzluğa yol verən dövlət məmurlarının laiqincə cəzalanması üçün göstəriş verəsiniz.

Yazıda adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bənzər Yazılar