Bizim seçimGündəmİqtisadiyyatManşetSiyasət

İstiqlalçı millət vəkili Zakir Fərəcovu ifşa etdi: “Akula”

Hamıya, o cümlədən, ölkə rəhbərliyinə də məlumdur ki, Z.Fərəcov da icra başçısından çox-biznesmendir. Əlbəttə, buna heç bir bəraət yoxdur ki, on minlərlə insanların taleyi tapşırılmış bu başabəla məmurlar xalqın yaşayışını yaxşılaşdırmaq, onların tükənməyən problemlərini vaxtında, vicdanla həll etmək əvəzinə şəxsi maraqlarını güdür, yalnız sərvət qazanmaqla məşğul olurlar. Onları da başa düşmək olar ,axı, necə olsa vaxtı vaxtında yuxarılara haqq verilməli, eyni zamanda öz cibişdanını doldurmalısan.

Milyarder başçılar

Bir sözlə, rüşvət, korrupsiya dövlət səviyyəsində olduğundan Z.Fərəcov və onun kimi məmurlar özlərini suda balıq kimi hiss edir,10 mindən,100 mindən yox, milyonlardan dəm vururlar. İnanmırsınız ? Adi bir misal: Abşeron rayonu, Xırdalan şəhərində AAAF, ağır atletika ilə bağlı özəl şirkət fəaliyyət göstərir. Bu şirkətin rəhbəri T.Heydərovun Abşeron rayon icra başçısının qanunsuz müdaxilələri haqqında dedikləri barədə, yəqin ki, sosial şəbəkələrdən tanışsınız. Bu şirkətin rəhbərləri uzun müdddət idmançılara qayğı göstərməklə bərabər, yaşayış binalarının tikintisi ilə də məğul olub. Ona görə ”məşğul olub” yazıram ki, bəlkə də bu yazı çap olunanda bu nəhəng tikinti şirkəti artıq sahiblərindən alınacaqdır,qamarlanacaqdır. Belə yağlı bir tikəni əldən vermək olarmı? Əlbəttə yox. Z.Fərəcov bu şirkəti ələ keçirmək üçün müxtəlif yollar axtarıb, onun fəaliyyətinə süni maneələr yaradıb, öz şəxsi qazancını daha da artırmağa çalışıb. İlk əvvəl öz torpağını da bu firmaya satmağa çalışıb. AAAF-nın rəhbəri T.Heydərovun dedilkərindən: “ Zakir müəllimin “Heydər Parkı” ilə üzbəüz yeri var idi. Oranı almağı mənə təklif etdi. Dedim satmağa ehtiyac yoxdur, orada mən sizin üçün tikinti apararam, ən azı 30 milyon qazanc götürərsiniz.” Yenə T.Heydərovun dediklərindən : “Mən Beynəlxalq Bankın balansında olan torpağı tikinti aparmaq üçün almışdım. İcra hakimiyyətindən sərəncam almaq üçün Zakir müəllimin yanına gedəndə o əsəbiləşdi ki, ”Mən oranı prezidentə demişdim, Beynəlxalq Bankdan alacaqdım və 200 milyon qazanacaqdım” Yeri gəlmişkən onu da xatırlamaq yerinə düşər ki, şəxsi mülklərin zorla sahibindən alınması siyasəti 2003-cü ildən başlanmışdır və bu gün də daha şiddətlə davam edir.

Get, sabah gəl.

Mötəbər bir şəxsin ifadəsi ilə desək, Z.Fərəcov təkcə YAP iqtirarının idarəçilik mexanizminin əlifbasını yaxşı bilmir, o, həm də bu idarəçiliyin fəlsəfəsini gözəl bilir , öz fəaliyyətində də uğurla tətbiq edir. Z.Fərəcov Abşeron rayonuna icra başçısı təyin olunanda oradakı vəzifəli şəxslər ayrı-ayrılıqda onun görüşünə gəlir ,hər biri lazım bildiyi məbləği zərfə qoyub başçıya “şirinlik” gətirirlər . Abşeron rayonunu bərk gedən bələdiyyə sədrlərindən biri də təbrik üçün gəlir və zərfi yeni başçıya təqdim edir. Başçı soruşur ki, “ Orda nə qədərdir?” Bələdiyyə sədri cavab verir ki,” 2 min manat”. Başçı deyir ki, “Get, üstün düzəlt,sabah gəl”. Bələdiyyə sədri sabah yenə gəlir. Başçı yenə soruşur : “Orda nə qədərdir?” Bələdiyyə sədri deyir ki, “3 min manat”. Başçı bələdiyyə sədrinə acıqlanır ki, “Sabah axşam saat 8-ə qədər 300 min manat gətirirsən, əks halda, sənin yerinə başqası bələdiyyə sədri təytin olunacaq, sənin haqqında da cinayət işi açılacaq .” Növbəti gün bələdiyyə sədri yenə gəlir və deyilən məbləği vaxtdan da 2 saat tez çatdırır.

Hədiyyələr…

Qeyd etdiyimiz kimi, cənab Z.Fərəcovun həyat prinsipinə görə, istəyirsən ki, başın salamat olsun, pul cibinə sel kimi axsın, yüksək vəzifəli şəxslərdən hərəni bir cür ələ almalısan. İstər pulla, istərsə də mülklərlə, torpaqlarla. Bu yaxınlarda biz bunun bir daha əyani şahidi olduq. Hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarova verilən torpaq hədiyyələrinin sayı hamını şoka saldı. A.Çovdarovun gizli həbsxana və istixanalarını çıxılmaq şərti ilə ona ev,mülk və s. məqsədlər üçün hektarlarla torpaq sahələri, mülklər bağışlanmışdır. Əgər, milyonlarla manat dəyəri olan torpaqlar idarə rəisinə verilmişdirsə, təsəvvür edin ki, MTN-nin şefinə nələr hədiyyə edilmişdir. MTN generallarının məhkəmələrində və mətbuatda səslənən məlumatlar bir daha göstərir ki, Z.Fərəcov keçmiş nazirliyin cinayətkar şəbəkəsi ilə sıx bağlı olmuşdur. Öz həyat prinsipinə, “ yedirt ki, özün də yeyə biləsən” prinsipinə sadiq qalan başçı sabiqlər E.Mahmudov və A.Çovdarovla yaxın dost olmuş , Abşeronda bir çox iş adamlarını məhz onların güclü əlləri ilə cəzalandırmışdır. İcra başçısına etiraz edənlər MTN zirzəmilərində işgəncələrə məruz qalır və tələblərə tabe olmayınca döyülürdülər. Qeyd etdiyimiz kimi, Z.Fərəcovun istəklərini dərhal təmin edən cinayətkar şəbəkə mükafatsız qalmırdı və onlar pulla, torpaqlarla, obyektlərlə hədiyyələnirdi. Gözləmək olardı ki, bu cinayətkar şəbəkə aşkar ediləndən sonra onların himayə etdikləri şəxslər də məsuliyyətə cəlb ediləcək, əməllərinin bədəlini ödəyəcəklər. Təəssüf ki, əsrin cinayətlərini törətmiş bu cinayətar şəbəkə hələ ki, məqsədli şəkildə tam ifşa edilmədi, onlarla bağlı olan günahkarlar da məsuliyyəydən kənarda qaldı. Amma, tam əmin ola bilərsiniz ki, bu belə qalmayacaq, vaxtı gələndə hərə öz payını artıqlaması ilə alacaqdır.
Akula…

( Ardı var )

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili

Qeyd: Yazı müəllifin “facebook” səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button