Dünya

Qəddafi azadlığa buraxıldı – Yeri məxfi saxlanılır

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin edama məhkum edilmiş oğlu Seyful İslam Qəddafi azadlığa buraxılıb.

AzToday.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Lİviya müvəqqəti hökuməti Ədliyyə Nazirliyinin mətbuat sözçüsü İssa əş-Şahir verib.

“Əl Ərəbiyyə” kanalının verdiyi məlumata görə Ədliyyə Nazirliyi oğul Qəddafinin təhlükəsiz ərazidə olduğunu açıqlayıb.

2011-ci il oktyabrın 20-də Müəmmər Qəddafinin Sirtə şəhərində xalq kütləsi tərəfindən öldürülməsindən bir müddət sonra Seyful İslam Qəddafi həbs edilmişdi. 5 ilə yaxın həbsxanada qalan oğul Qəddafi barəsində, aksiyaları zorakılıq yoluyla yatışdırmaq, aksiyaçıları öldürmək, şəhər və kəndləri mühasirə etmək və ictimai əmlaka ziyan vermək ittihamı ilə edam hökmü verilmişdi.

Bənzər yazılar

Back to top button