SOCAR Türkiyənin şərqində geoloji kəşfiyyat işlərini dayandırıb

by Aztoday Xəbər Portalı

“SOCAR Turkiye Enerji A.Ş.” (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyənin şərqində aparılmalı olan geoloji kəşfiyyat işlərindən imtina edib. “APA-Economics” xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji A.Ş.”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

“Biz seysmik tədqiqatlar və bir sıra digər işlər apardıq. Qeyd edilən ərazidə təbii ehtiyatlar var, lakin bu layihə kommersiya baxımından əlverişsizdir. Buna görə biz geoloji kəşfiyyat işlərinin dayandırılmasına qərar verdik və şirkətin Direktorlar Şurası bu qərarı dəstəklədi. Beləliklə, şirkətimiz Türkiyədə bu biznesdən çıxdı”, – deyə Z.Qəhrəmanov bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Energetika və Ətraf Mühit Nazirliyi “SOCAR Turkiye Enerji A.Ş.”-yə Qaziantep, Diyarbakır, Kahramanmaraş, Batman və Adıyamanda geoloji kəşfiyyat işləri aparmaq üçün 5 illik müddət 4 lisenziya verib.

Bənzər Yazılar