Sarkisyandan radikal Qarabağ QƏRARI: İrəvan YENİ ÜSULA ƏL ATDI

by Aztoday Xəbər Portalı

Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb.

AzToday.az xəbər verir ki, İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi hesab edir ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper vuruşlarının dəqiqliyindən əmin olmağa kömək edir.

Bununla yanaşı, atəşkəsin pozulması haqda məlumatlar yayılmayacaq.

Ermənistanın baş qərargah rəisi Movses Akopyan iddia edib ki, atəşkəsin pozulması haqda məlumat müharibənin davam etməsi deməkdir: “Bu isə investisiyaları ölkədən qaçırır”.

Erməni jurnalist Tevos Arşakyan bunun ordudakı itkiləri gizlətmək gedişi olduğunu yazıb.

Onun sözlərinə görə, Ermənistan Şimali Koreya yolu ilə gedir.

“Guya ordudakı məlumatları gizlətməklə rəqibi (Azərbaycan – red.) informasiya mənbəyindən məhrum etmək mümkün olacaq? Onda kəşfiyyat sistemləri, izləmə cihazları kimi avadanlıqlar var və istədiyi informasiyanı əldə edəcək. Deməli, bizim ordu rəhbərliyimiz dəhşətli itkiləri cəmiyyətdən gizlətmək üçün yeni vasitəyə əl atır və bunu Azərbaycanla əlaqələndirir. İitkilərimiz haqda isə heç bir məlumat verilməyəcək. Bu, ordudakı özbaşınalığın, əsgərlərin öldürülməsinin sayını daha da çoxalda bilər”, – deyə erməni jurnalist qeyd edib.

Publika.az

Bənzər Yazılar