Siyasət

Azərbaycan AŞPA-nın siyasi məhbusları azad etməyi tələb etdiyi ölkələr arasındadır

Azərbaycan AŞPA prezidenti Tini Koksun siyasi məhbusların olduğu ölkələr kimi saydığı ölkələrin arasındadır. O, siyasi məhbusları azad etməyə çağırıb.

Oktyabrın 30-da Siyasi Məhbus Günü ilə əlaqədar Koks belə deyib: “1974-cü ilin bu günü SSRİ-də siyasi məhbuslar saxlanılmalarına etiraz əlaməti olaraq ümumi aclıq aksiyası elan etmişdilər.

2023-cü ildə bu gün kifayət qədər əlamətdar olaraq qalır. Avropada hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, siyasi rəqiblər, jurnalistlər, dindarlar və insan hüquqları, demokratiya və qanunun aliliyinə sadiq olan bir çox digər insanlar həbsdədir. Bu, sadəcə olaraq yolverilməzdir”.

Onun sözlərinə görə, AŞPA siyasi motivlərlə həbsləri pisləyir. “Təkcə bu il mən dəfələrlə insan hüquqları sahəsində Vatslav Havel mükafatının laureatlarının – Osman Kavala (Türkiyə), Vladimir Kara-Murza (RF), Mariya Kolesnikova və Alesya Belyatskinin (Belarus) həbsini pisləmişəm. Bizim siyasi məhbusların və hüquq müdafiəçilərinin işləri üzrə baş məruzəçiləri Aleksey Navalnı və digərlərini azad etməyə çağırıblar”, deyə AŞPA sədri qeyd edib.

Onun sözlərinə görə, Assambleya üzv dövlətlərə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliklərini xatırladıb, belə ki, çox sayda qərar yerinə yetirilmir. Bu qərarlar məhz siyasi motivlərlə saxlanılmış şəxslərin azad edilməsini tələb edir.

“Üzv dövlətlərin Məhkəmənin qərarlarına və prosedurlara və bizim Osman Kavalanı dərhal azad etməyə çağıran 2518 saylı qətnaməmizə (2023) riayət etməməsi yolverilməzdir. Mən həmçinin Assambleyamızın müvafiq olaraq 2022 və 2020-ci illərdə Rusiya Federasiyasında və Azərbaycanda siyasi məhbusların vəziyyətini qəti şəkildə pislədiyini xatırlayırıq”, deyə Koks qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button