Bizim seçimİqtisadiyyatManşet

Abutalıbovun “sərəncam maklerləri” Bakının Baş planını və yaşılııqlarını necə məhv ediblər?

Qanunsuz tikinti aparan şirkətlər yaşıllığı yaşıllığı məhv ediblər, eyni zamanda Bakının Baş planının ciddi şəkildə pozmaqla yanaşı, faktiki olaraq Bakının kanalizasiya sistemini də məhv ediblər

Uzun illər boyu Bakı Şəhər İcra Hakimiyyətində qeyri rəsmi olaraq “sərəncam maklerləri” də çalışıb. Bu “sərəncam maklerləri”nin işi bələdiyyələr və Bakı rayonlarının icra başçılarının qanunsuz olarq satdıqları torpaqlara BŞİH-nin sərəncamını təşkil etmək olub.

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bi daha Bakı şəhərində yaşıllıqların məhv edilməsi hesabına qanunsuz tikintilərin aparılması məsələsinə toxundu. Dövlət başçısı çıxışında vurğuladı ki, rayon icra hakimiyyətləri ilə bələdiyyələrin, səlahiyyətli məmurların birgə fəaliyyətlərinin nəticəsi olaraq qanunsuz tikilililərin aparılması nəticəsində yaşıllıqlar məhv edilib, eyni zamanda şəhərsalma qaydalarını kobud pozmaqla tikintilər aparılıb.

Ölkə başçısı İlham Əliyevin məlum çıxışından sonra paytaxtın bir neçə rayonunda qanunsuz tikintilərlərə qarşı mübarizəyə start verilməsi və Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov tərəfindən aradırmalar aparıldığı barədə məlumatlar yayıldı.

Son günlər isə paytaxt rayonlarında qanunsuz tikililərlə bağlı aparılan araşdırmalarda isə sabiq mer Hacıbala Abutalıbovun yaxın adamlarının məsuliyyətə cəlb ediləcəyi ilə bağlı iddialar səslənir.

Qeyd edək ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı 17 il ərzində minlərlə qanunsuz tikinti üçün sərəncam verib. Bu sərəncamların hamısının araşdırmaq sadəcə imakn xaricindədir. Maraqlıdır ki, uzun illər boyu Bakı Şəhər İcra Hakimiyyətində qeyri rəsmi olaraq “sərəncam maklerləri” də çalışıb. Bu “sərəncam maklerləri”nin işi bələdiyyələr və Bakı rayonlarının icra başçılarının qanunsuz olarq satdıqları torpaqlara BŞİH-nin sərəncamını təşkil etmək olub. Sərəncamların isə “qiyməti” heç də ucuz olmayıb. Bu qiymətlər minimum 50 mindən yarım, hətta 1 milyona qədər yüksəlib. Qiymətlər bir qayda olaraq ərazinin yerinə görə müəyyən edilib. “Sərəncam maklerləri”nin özlərinə və Hacıbala Abutalıbova gətirdikləri qeyri-rəsmi gəlirlər isə milyardlara ölçülüb. PİA.az-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, Hacıbala Abutalıbovun “sərəncam maklerləri” arasında ən tanınmışı hər kəsin Hacı Ramiz olaraq çağırdığı Ramiz Quliyev olub. Xatırladaq ki, Hacı Ramizin adı dəfələrlə dələduzluqla bağlı məhkəmə prosseslərində də hallanıb.

Hacı Ramizin adı daha əvvələrdə mətbuatda hallansa da, onun BŞİH-də hansı vəzifəni daşıdığı bilinmirdi. Hətta bəzi media orqanları onu BŞİH-nin Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevlə də səhv salanlar olub. Bakı Şəhər İcra Hakimiyyətindəki etibarlı mənbənin PİA.AZ-a verdiyi ilginc məlumatlar əsasında makler Hacı Ramizin kimliyi ortaya çıxıb. Saytımıza verilən məlumatlara əsasən Hacı Ramiz kimi tanınan şəxs Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Quliyevdir. Uzun müddətdən bəri meriyanın aparatında məsul şəxs kimi çalışan Ramiz Quliyevin əsas işi paytaxt rayonlarında əldə edilmiş torpaq sahələrinə icazə sənədinin verilməsi olub. Həmin torpaq sahələrinə verilən sənədlərin əksəriyyətinin isə qanunsuz olduğu deyilir.

Hacı Ramiz Quliyev

Bildirək ki, Hacı Ramiz kimi tanınan Ramiz Quliyevin adı ilk dəfə altı il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qalmaqalda hallanıb. Həmin qalmaqalda uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olan və sonra ölkəmizi tərk edərək dolanışıq üçün Ukraynaya gedən sahibkar Nəsullah Bayramovdan topraq sənədi üçün alınmış 58 min dollardan bəhs edilirdi. Zərəçəkmiş mətbuata verdiyi açıqlamada iddia edirdi ki, “Bakı Şəhər İcra Hakimiyyətinin işlər müdirinə Hacı Ramiz adlı şəxsin vasitəsi ilə rüşvət vermişəm”.

Pia.az-a verilən məlumatda vurğulanır ki, Ramiz Quliyev dəfələrlə Binəqədi rayon icra hakimiyyətinin keçirtdiyi hesabatlarda Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi iştirak edib. Və Ramiz Quliyevin həmin tədbirdə iştirak etməsi ilə bağlı Binəqədi İcra Hakimiyyətinin saytında və internet mediada məlumatlara mövcuddur. Hacı Ramiz kimi tanınan Ramiz Quliyevin əsas maklerliyi Binəqədi rayonu ərazisində olub. Çünki sabiq icra başçısı Xaləddin İsgəndərovla əlaqələr quran Ramiz Quliyev bu rayonda yüzlərlə torpaq səhəsinə icazə sənədi alıb. Ramiz Quliyev sənədləşmə işindən başqa ev tikən vətəndaşlara icra hakimiyyətindən verilən qeyri rəsmi icazə işlərini də görüb. Məlumatda qeyd edilir ki, Hacı Ramiz paytaxt rayonlarının demək olar əksəriyyətində bu cür işlərlə məşğul olaraq yaxşı gəlirlə əldə edib.

İcra Hakimiyyətinin məsul işçisi sənədsiz torpaqlarda ev tikmək üçün verilən icazə üçün aldığı rüşvətin böyük bir hissəsini isə onu formal olaraq vəzifəyə qoyanlara verib. PİA.az-a danışan başqa bir mənbə isə iddia edib ki, Bakıda qanunsuz tikililərin həyata keçirilməsində müstəsna rola sahib olan Hacı Ramiz və havadarlarının əsas qazancı 2010-2015 ci illərdə paytaxın bir çox rayonlarında tikinti aparan şirkətlərin sənədlərinin rəsmləşdirilməsi prosseslərində baş verib. Məhz həmin illər Ramiz Quliyev və havadarları Abutalıbovun “sərəncamlarını” satmaqla on milyonlarla manat qazanc əldə ediblər. Məhz bu illərdə də dəfələrlə ölkə prezidentinin açıq xəbərdarlıqlarına baxmayaraq Bakıda yaşılııqların kütləvi şəkildə məhv edilməsi baş verib. Bundan başqa qanunsuz tikinti aparan şirkətlər yaşıllığı yaşıllığı məhv ediblər, eyni zamanda Bakının Baş planının ciddi şəkildə pozmaqla yanaşı, faktiki olaraq Bakının kanalizasiya sistemini də məhv ediblər.

Həmin ərəfədə havadarlarına xeyli sənədləşmə işləri gətirən Hacı Ramizin də böyük pullar qazandığı deyilir. İcra hakimiyyətinə çatdırdığı rüşvətlər və gətirdiyi işlərdən aldığı faizlər hesabına Ramiz Quliyevin bu gün dollar milyoneri olduğu bildirilir və onun bu pullarların böyük qismini çoxdan ölkədən çıxardığı qeyd olunur.

İnformasiya mənbəmiz bildirir ki, Bakı şəhər İcra Hakimiyyətində yaradılan komisiya məsul işçis Ramiz Quliyevin “işləri ilə” araşdırmalara başlayıb və bu araşdırmaların nəticəsində ölkə miqyasında ciddi “hadisələrin baş verməsi istisna olunmur. Qeyd edək ki, hazırda Bakı şəhər İcra Hakimiyyətində “təmizləmə işləri” aparan Eldar Əzizovun meriyadakı rüşvət komandasını sıradan çıxartmaqda israrlı olduğu görünür.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

Bənzər yazılar

Back to top button