Dünya

Türkiyədə dəhşətli helikopter qəzası – yüksək rütbəli 13 hərbçi şəhid oldu (VİDEO)

Türkiyədə çox sayda hərbçinin ölümü ilə nəticələnən helikopter qəzası baş verib.

AzToday.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Şırnak vilayəti Uludere rayonunun Şenoba bölgəsində baş verib.

Məlumata görə qəzaya, havaya qalxan helikopterin yüksək elektrik gərginliyinin olduğu naqilə çırpılması səbəb olub.

Yüksək rütbəli hərbçilərin də şəhid olduğu qəza barədə Baş qərargah idarəsi açıqlama yayıb.

“2017-ci il mayın 31-də çərşənbə günü Şırnak/Şenoba briqada komandanlığımdan havaya qalxan və içərisində 13 hərbçinin olduğu “AS 532 Cougar” tipli helikopter uçuşdan az sonra ilkin məlumata görə saat 20.55-də yüksək gərginlikli elektrik naqilinə dolaşaraq qəzaya uğramışdır. Faktla bağlı araşdırmalar davam etməkdədir.

Həmin faciəvi qəza nəticəsində helikopterdə olan qəhrəman silah yoldaşlarımızın şəhid olması barədə məumat verilib. Qəzada dünyasını dəyişən həebçilərimizə Allahdan rəhmət, qohumlarına, yaxınlarına, Türk Silahlı Qüvvətlərinə və böyük Türk millətinə başsağlığı verir və səbr arzulayırıq.” – deyə Baş qərargahın bəyanatında bildirilir.

Qəzada şəhid olanlar:

General mayor Aydoğan Aydın

Polkovnik Oğuzxan Kiçikdemir

Polkovnik Gökhan Peker

Mayor Koray Onay

Kapitan Songül Yakut

Kapitan İlker Acar

Kapitan Nuri Şener

Baş çavuş Mehmet Erdoğan

Çavuş Zəki Koç

Kapitan pilot Serhat Sığınak

Leytenant pilot Abdülmüttalib Kesikbaş

Baş çavuş Fevzi Kıral

Çavuş pilot Hakan İncekal

Bənzər yazılar

Back to top button