Dünya

Argentina prezident və hökumət üzvlərini seçir

Bu gün Argentinada seçkilər keçirilir.

Qaynarinfo xəbər verir ki, seçkidə ölkə rəhbəri postu uğrunda 6 namizəd mübarizə aparır. Əsas favoritlər sabiq kabinet rəhbəri Alberto Fernandez və hazırkı prezident Maurisio Makridir. İlk turda qalib gəlmək üçün səslərin azı 45%-ni əldə etmək lazımdır. Qalib müəyyənləşməsə, 24 noyabrda seçkinin 2-ci turu baş tutacaq.

Ölkədə qeydiyyatdan keçmiş 34 milyon seçici 130 deputat və 24 Senat üzvünü seçmək üçün də səs verəcək.

Bənzər yazılar

Back to top button