Hadisə

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

AzToday.az xəbər verir ki, bunu “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:

“Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir”.

Bənzər yazılar

Back to top button